Mərkəzi Gömrük Hospitalı və “Expressbank” ASC arasında tibbi xidmətləri plastik kart vasitəsilə ödəyən pasiyentlərə məbləğin müəyyən hissəsinin geri qaytarılması ilə bağlı müqavilə imzalanıb.
Belə ki, 2019-cu ilin aprel ayından etibarən Mərkəzi Gömrük Hospitalında stasionar tibbi xidmətlərinə görə ödənilən məbləğin 10%-i və ambulator tibbi xidmətlərə görə ödənilən məbləğin 30%-i pasiyentlərin “Expressbank” plastik kartlarına geri qaytarılacaq.
Nağdsız hesablaşma yolu ilə ödəmələrin edilməsi və eyni zamanda xərclərin müəyyən məbləğinin geri qaytarılması pasiyentlər üçün həm rahat, həm də sərfəlidir. Qeyd edək ki, nağdsız hesablaşma dünyada pul dövriyyəsinin geniş yayılmış formasıdır və xərclənən məbləğin müəyyən faizinin geri qaytarılması təcrübəsi gündən-günə populyarlığını artırır.
Ölkəmizdə nağdsız hesablaşma sisteminin inkişafına, elektron ödəniş sistemlərindən daha fəal istifadə edilməsinə xüsusi diqqət ayrılır. Belə ki, nağdsız hesablaşma sisteminin təkmilləşdirilməsi ilə bağlı stimullaşdırıcı tədbirlər mütəmadi olaraq davam etdirilir. Qeyd edək ki, nağdsız hesablaşma sisteminin geniş yayılması Azərbaycanda maliyyə-bank sisteminin inkişafı ilə yanaşı, cəmiyyətdə şəffaf maliyyə mexanizmlərinin tətbiqi baxımından mühüm əhəmiyyət kəsb edir.
Tibbi xidmətlər üçün qaytarılan cashback faizləri haqqında daha ətraflı məlumatı (012) 404 08 08 nömrəsinə zəng vuraraq və ya (050) 404 08 08 WhatsApp nömrəsinə yazaraq əldə edə bilərsiniz.