Bu gün sentyabr 5-də Bakı Fond Birjasında Mərkəzi Bankın (MB) 300 milyon manat həcmində qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
FED.az xəbər verir ki, hərrac zamanı 13 investordan qiyməti 99.3812 AZN (8.01%) olan 24 sifariş daxil olub. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 463 milyon 612 min 200 manat təşkil edib.
MB-nin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 milyon manat təşkil edib.
Notların tədavül müddəti 28 gün, ödəmə tarixi 03.10.2018-ci ildir.
Mərkəzi Bankın notlarına maraq azalıb - HƏRRAC
20:13
5 Sen 2018