Mərkəzi Bank sentyabrın 5-də Bakı Fond Birjasında (BFB) 300 milyon manatlıq qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirəcək.
Birjadan FED.az-a verilən məlumat görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaq.
Bir notun nominal dəyəri 100 manat, tədavül müddəti 28 gündür. Notlar üzrə ödəmə bu il oktyabrın 3-də həyata keçirləcək.
Qeyd edək ki, hər bir bank 2 (1 rəqabətli və 1 qeyri-rəqabətli) sifarişdən artıq təqdim edə bilməz.
Hərrac zamanı, Notların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qeyri-rəqabətli sifarişlərin qəbul edilməsinə icazə verilir.
Mərkəzi Bankın qısamüddətli notlarını yalnız lisenziya əsasında fəaliyyət göstərən yerli banklar ala bilər.
Mərkəzi Bank yenə manatı yığacaq - YENİ HƏDƏF
20:37
3 Sen 2018