“Expressbank” Kiçik və Orta biznes kreditləri üzrə mütəxəssis, aparıcı mütəxəssis vəböyük mütəxəssis vəzifələrinə işçi axtarır.
Tələblər:
– Ali iqtisadi təhsil;
– Bank və ya BOKT-da Kiçik və Orta Biznes kreditləri sahəsində ən azı 2 il iş təcrübəsi;
– Ünsiyyət qurma və komandada işləmək bacarığı;
– Analitik düşünmə və təhlil etmə bacarığı;
Vəzifə öhdəlikləri:
– Kiçik və Orta sahibkarları banka müştəri qismində cəlb etmək;
– Müştərilərdən kredit ərizələrini qəbul etmək, sahibkarlıq fəaliyyətinin ətraflı təhlilini aparmaq və işi KK – nin müzakirəsinə təqdim etmək;
– Təsdiqlənmiş kreditlərin rəsmiləşdirilməsini və sonrakı təqibini həyata keçirmək;
– Qarşıya qoyulmuş planları icra etməklə keyfiyyətli kredit portfelini qurmaq və idarə etmək;
– Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
Əsas üstünlüklər:
– Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
– AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
– Stabil əmək haqqı (mütəxəssis – min 600 AZN, aparıcı mütəxəssis minimum 800 AZN, böyük mütəxəssis minimum 1 000 AZN) və daim təkmilləşən bonus sistemi;
– Karyera artımında şəffaflıq;
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.