(®) Azərbaycanda nağdsız hesablaşmaların həcminin artırılması ilə bağlı dövlət tərəfindən son dövrlərdə mühüm tədbirlər reallaşdırılır. Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası ilə birlikdə 2018-ci ildə nağdsız ödənişlərin inkişafı istiqamətində elan edilmiş müsabiqədə 3 nominasiya üzrə mükafat qazanan “Expressbank” da bu yöndə davamlı müsbət addımlar atır.
FED.az-a bankdan verilən məlumata görə, bu gün mövcud bazarda nağdsız ödənişlər sahəsində əsas vasitələr POS-terminallar və plastik kartlardır. Müştərilərə müasir ödəniş imkanlarını təqdim edən Expressbank-ın statistik məlumatlarına nəzər yetirdikdə məlum olur ki, ölkə daxilində quraşdırılmış POS - terminalların sayında bu ilin ikinci rübünə 10% artım müşahidə edilib.
Ümumilikdə isə dövriyyədə olan POS- terminalların 70% -i 50 AZN-dək təmassız ödənişləri dəstəkləyir. Bu isə müştərilərlə yanaşı ticarət və xidmət müəssisələrində kartla nağdsız ödənişlərin daha sürətlə qəbulu üçün şərait yaradır. Expressbank-ın bütün plastik kartları Mastercard Contactless / VISA payWave sistemlərini dəstəklədiyi üçün bu xidmətdən hər kəs faydalana bilir. Təsadüfi deyildir ki, 2018- ci ildə Bank "Təmassız pos- terminal infrastrukturu üzrə lider bank" nominasiyasında ikinci yerlə təltif edilmişdir.
"Eyni artım Expressbank-ın plastik kartlarına da şamil edilir. Dövriyyədə olan debet kart sayı ötən ilin rəqəmləri ilə müqayisədə 70% artıb. Buna paralel olaraq nağdsız əməliyyatlar üzrə dövriyyədə 75% artım müşahidə edilmişdir.
Bununla kifayətlənməyərək bank müştərilərə göstəriləcək xidmətlərin keyfiyyətini artırmaq üçün elektron ticarətin inkişafı istiqamətində addımlar atmaqda davam edəcək", - məlumatda deyilir.
Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.