Expressbank-dan yarandığı gündən rekord həddə mənfəət.
FED.az xəbər verir ki, ölkəmizin ilk kommersiya banklarından biri olan Expressbank 2019–cu ilin yekunlarına dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən ötən maliyyə ilində “Expressbank” 19.1 milyon manat mənfəət əldə edərək yarandığı tarixdən bu günədək rekord həddə - özünün ən yüksək mənfəət göstəricisinə nail olmuşdur.
Eləcə də bax: Banklar 2019-cu ili belə başa vurdular- MƏNFƏƏT VƏ ZƏRƏR - SİYAHI - YENİLƏNİR
Sərfəli kredit tarifləri və müştəri gözləntilərinə çevik yanaşma həm fiziki, həm hüquqi şəxslərin banka olan etimadını xüsusi artırır. Məhz bu etimadın nəticəsidir ki, ümumi kreditlərin məbləğində 37.206 mln manat artım müşahidə edilib. Belə ki, biznes kreditlərində artım 29%, istehlak kreditlərində 19%, daşınmaz əmlak kreditlərində isə 7% təşkil etmişdir. Biznes kreditlərində müşahidə olunan xüsusi artım bankın ölkəmizdə biznes sektorunun inkişafına olan dəstəyinin göstəricisidir.
Bankın uğurları bununla da bitmir. Belə ki, qeyri-faiz gəlirliyində də ötən ilin müvafiq dövrü ilə müqayisədə 16% artım müşahidə edilir. Bu da bankın yalnız kredit məhsullarınin inkişafında deyil, həm də müştəri yönümlü yüksək xidmət səviyyəsinə marağını əks etdirir.
Əlavə olaraq qeyd olunmalıdır ki, 2019-cu ilin 4-cü rüb göstəricilərinə əsasən Expressbank ASC Mərkəzi bank tərəfindən müəyyən olunmuş bütün Prudensial normativləri yüksək səviyyədə yerinə yetirmişdir. Belə ki, I dərəcəli kapitalın adekvatlıq əmsalı üzrə 35% (min. tələb 5% olduğu halda), Məcmu kapitalın adekvatlıq əmsalı üzrə 43% (min. tələb 10% olduğu halda), Leverec əmsalı üzrə 25% (min. tələb 4% olduğu halda), Ani likvidlik əmsalı üzrə 96.6% (min. tələb 30% olduğu halda) səviyyəsində saxlanılması təmin olunmuşdur . Qeyd etmək lazımdır ki, bu əmsallar üzrə Expressbank ASC ölkənin bank sektorunda yüksək pillələrdə dayanır. Bu isə bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən "Expressbank"ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.