“Expressbank”ın İdarə Heyətinə yeni təyinatlar olub. FED.az-ın əldə etdiyi məlumata görə, Teymur Ağakişiyev Bankın Baş əməliyyat inzibatçısı və İdarə Heyətinin üzvü seçilib.
Digər bir təyinat xəbəri isə bir müddət əvvəl Expressbankdan ayrılaraq “Rabitəbank”transfer olunmuş Mehriban Ocaqquliyevanın yenidən Expressbank-da vəzifəyə təyin olunması olub.
Hazırda Mehriban Ocaqquliyeva Pərakəndə satış və biznesin inkişafı üzrə baş inzibatçı və İdarə Heyətinə üzvü seçilib.
Xatırladaq ki, bankın İdarə Heyəti sədri bir müddət əvvəl dəyişib və hazırkı vəzifəni Mehman Məmmədov müvəqqəti icra edir.
Mehriban Ocaqquliyeva
Teymur Ağakişiyev