“Expressbank” ASC-nin Biznesin İnkişafı Departamentinə yeni rəhbər təyin edilib. Bu vəzifə Mehriban Ocaqquliyevaya həvalə olunub.
FED.az Diqqətinizə çatdıraq ki, Expressbank-ın Biznesin İnkişafı Departamentinə və İnformasiya Texnologiyaları Departamentinə yeni rəhbərlər təyin edildi. İnformasiya Texnologiyaları Departamentinin rəhbəri Şahin Kərimov, Biznesin İnkişafı Departamentinin rəhbəri Mehriban Ocaqquliyeva təyin edilib. Onun ümumilikdə bank sahəsində 15 illik təcrübəsi var. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə kredit fakültəsindən məzunudur
Xatırladaq ki, daha əvvəl Expressbank-da Müştəri Xidmətləri Departamentinin direktoru, Risklərin İdarə Edilməsi Departamentinin direktor müavini, Nərimanov filialının müdiri, Biznesin İnkişafı Departamentinin direktoru vəzifələrində çalışıb. Mehriban Ocaqquliyeva bankdakı yeni vəzifəsinin icrasına 2019-cu ilin avqustundan başlayıb