Expressbank, biznes sahiblərinə dəstək çərçivəsində, aqrar təsərrüfatla məşğul olan fərdi sahibkarlara və iş adamlarına xüsusi şərtlərlə aqrar kreditləri təklif edir.
Expressbank həm Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi öz vəsaitləri hesabına həyata keçirdiyi aqrar kreditləşmə lahiyəsinin, həmçinin Agentlik ilə Dünya Bankının birgə həyata keçirdiyi “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” layihəsinin fəal üzvlərindən biridir. Bank, həmin vəsaitləri öz müştərilərinə təqdim edərək, 2019-cu il ərzində aqrar kreditlərinin həcmini iki dəfə artırmışdır.
Aqrar kreditin ölkə ərazisində kənd təsərrüfat məhsullarının istehsalı, emalı, kənd təsərrüfatı texnikasının alınması, meliorasiya, yeyinti sektorunun inkişafı ilə bağlı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarlara və hüquqi şəxslərə verilməsi nəzərdə tutulur. Kreditin illik faiz dərəcəsi 7% - dən başlayır.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, suvarılan torpaqların meliorasiyasının, onların təchizatının yaxşılaşması, yeyinti məhsulları sektorunun (anbarlar da daxil olmaqla) modernləşməsi və inkişafı, kənd təsərrüfatı texnikasının və kimyəvi maddələrin alınması, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Pilot Layihələri, özəl damazlıq təsərrüfatlarının yaradılması və inkişafı, heyvandarlıqda süni mayalanma tədbirlərinin həyata keçirilməsi və aqrar sektorun digər sahələri üzrə 1 000 000 AZN-dək aqrar kredit ayrıla bilər.
Kreditin istifadə istiqamətindən asılı olaraq, aqrar krediti üzrə 24 ayadək güzəşt müddəti verilə bilər.
Expressbank kreditlərin rahat ödəmə vasitələrini də təqdim edir. Müştərilər Expresspay ödəniş terminalları və www.expressbank.az saytında şəxsi kabinet vasitəsi ilə kreditlərini ödəyə bilərlər.
Qeyd edək ki, Expressbank son dövr ərzində biznes fəaliyyəti ilə məşğul olan müştərilərə göstərilən xidmət imkanlarının genişləndirilməsi ilə bağlı bir sıra tədbirlər görür. Bankın əsas strateji məqsədlərindən biri iş adamlarına, şirkətlərə dəstəyin göstərilməsi və onların yaxın tərəfdaşına çevrilməkdir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.