“Expressbank” ASC standart bazar seqmentində listinqə daxil edilmişdir.
FED.az xəbər verir ki, “Expressbank” ASC-nin səhmləri 7 yanvar 2020-ci il tarixində Bakı Fond Birjasının standart bazar seqmentində listinqə daxil edilib. Məlumata görə, bankın hər biri 368,7 manat olan 372 min 282 səhmi listinqə daxil olub.
Eləcə də bax:Expressbank müştərilərinin - NƏZƏRİNƏ!
Xatırladaq ki, Hazırda mövcud banklar içində ilk kommersiya bankı olan “Expressbank” ASC 21 iyun 1989-cu il tarixində təsis olunmuş və uzun müddət “Azərnəqliyyatbank” adı altında fəaliyyət göstərmişdir. Bank öz fəaliyyətini Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992–ci il tarixində verilmiş lisenziya əsasında həyata keçirir. Bankın Səhmdarlarının Ümumi Yığıncağının 01 fevral 2010-cu il tarixli qərarı ilə “Azərnəqliyyatbank” ASC-nin adı dəyişdirilərək “Expressbank” ASC adlandırılmış və Nizamnaməyə müvafiq dəyişiklik 04 mart 2010-cu il tarixində dövlət qeydiyyatına alınıb.
Hazırda bankın səhmdarlarının pay bölgüsü aşağıdakı kimidir:
Səhmdarlar | Səhmdarların payı |
---|---|
Seyidov Hafiz Mirzağa oğlu | 9.76% |
Xammədov Hikmət Hacəmməd oğlu | 19.51% |
Enerqoservis MMC | 21.57% |
Azenco Group MMC | 48.78% |
Dövlət Avtomobil Nəqliyyatİ Xidməti | 0.38% |