“Expressbank” ASC strateji baxışı və maliyyə göstərəciləri ilə ölkədə geniş satış şəbəkəsinə malik aparıcı banklardan biridir.
Şəffaflıq, innovativlik, sürətlilik, etibarlılıq və rahatlıq dəyərləri üzərində bank fəaliyyətini quran Expressbank müştərilərə peşəkar işçi heyəti ilə geniş bank xidmətlərini təqdim edir.
Stabil inkişaf edən maliyyə göstəriciləri əsasında Fitch Ratings beynəlxalq reytinq agentliyi tərəfindən Expressbank-a “B” səviyyəli “stabil” proqnozu təqdim edilib. Bu reytinq ölkə bankları sırasında ən yüksək nəticələrdən biri hesab edilir.
İşçi sayı 700-ə yaxın olan və ölkə üzrə 16 filialdan ibarət Expressbank daim peşəkar inkişafı hazır olan əməkdaşlar axtarışındadır.
Vəzifə: Mikro kreditlər üzrə mütəxəssis / aparıcı mütəxəssis /böyük mütəxəssis (Bakı- Sumqayıt şəhərləri, Qusar, Xaçmaz, Bərdə rayonları üzrə)
Tələblər:
- Ali iqtisadi təhsil;
- Bank və ya BOKT-da Biznes və ya Mikro kredit sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Təhlil etmə bacarığı;
- Ünsiyyət qurma və komandada işləmək bacarığı;
Vəzifə öhdəlikləri:
- Əraziyə uyğun olaraq Biznes və mikro kredit üzrə müştəriləri cəlb etmək;
- Məhsul üzrə aktiv marketinq təbliğatını həyata keçirmək;
- Qarşıya qoyulan aylıq satış hədəflərini icra etmək;
- Vəzifə öhdəliklərini bankın siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək;
- Bankın kredit məhsullarına dair müştəriyə məsləhət vermək;
- Kredit ərizələrini qəbul etmək, müştərilərin və zaminlərin (əgər mövcuddursa) biznes təhlilini aparmaq.
Əsas üstünlüklər:
- Azərbaycanda fəaliyyət göstərən aparıcı banklarının birində iş təcrübəsi;
- AR Əmək Məcəlləsinə uyğun əmək müqaviləsi;
- Stabil əmək haqqı (mütəxəssis – min 400 AZN, aparıcı mütəxəssis minimum 550 AZN, böyük mütəxəssis minimum 700 AZN);
- Əmək haqqı müsahibə nəticələrinə görə fərdi olaraq müzakirə edilir;
- Professional və maddi inkişaf perspektivləri;
- Karyera artımında şəffaflıq.
Maraqlanan şəxslər https://www.expressbank.az/aboutus/vacancies.html linki ilə mövcud olan vakansiyalarla tanış olaraq, CV-lərini [email protected] email ünvanına mövzuda Jobsearch – Vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.