Ölkənin hazırda fəaliyyət göstərən banklar sırasında ilk kommersiya banklarından olan “Expressbank” həmçinin nizamnamə kapitalının həcminə görə ilk 5 bank sırasında yer almışdır.
Geniş çeşiddə bank məhsulları ilə seçilən Expressbank-ın hazırda 15 filialı mövcuddur. Bütün müştərilərinin etibarlı tərəfdaşı olmağa çalışan bank Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşən filiallarında müştərilərə yüksək xidmət göstərməkdən və onları məmnun şəkildə yola salmaqdan böyük zövq alır.
Son illər ərzində daim artan depozit və kredit portfeli fiziki şəxslərin banka olan inamının bariz nümunəsidir. Belə ki, cari ilin səkkiz ayı üzrə depozit portfeli 19 % artmış, 31 avqust tarixinə isə mənfəət 29 mln manat təşkil etmişdir. Bu göstəricilər bankın dayanıqlı inkişafını bir daha təsdiq edir.
Qeyd etmək lazımdır ki, nüfuzlu beynəlxalq reytinq agentliyi olan Fitch Ratings 2019-cu ilin may ayında Expressbank-ın reytinqini “B” səviyyəli “stabil” proqnozu ilə növbəti dəfə (artıq 3-cü dəfə) təsdiqləyib. Bu reytinq ölkə bankları sırasında yüksək nəticələrdən hesab edilir.
Bankın təqdim etdiyi xidmətlərlə tanış olub, daha ətraflı məlumat əldə etmək üçün, www.expressbank.az saytına, bankın rəsmi “Facebook” və İnstagram səhifələrinə (www.facebook.com/expressbank/; www.instagram.com/expressbank_official/) daxil ola və ya 132 nömrəsinə zəng vura bilərsiz.