Expressbank kiçik və orta sahibkarlığın inkişafı və aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində həssas əhali qruplarına dəstək göstərməyə davam edir.
Eləcə də bax: «Expressbank» maliyyə monitorinqi proseslərini - AVTOMATLAŞDIRIB
FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyasının birgə layihəsinə qoşularaq Expressbank daha bir neçə şəxsin öz biznesini qurmaq arzusunu reallaşdırıb. Belə ki, Expressbank Bakı şəhəri sakinləri Dadaşov Xəyal, Eyvazov Ədalət, Rəhmanzadə Hüseyn, Mürsəlov Xəyala şin, təkər təmiri biznesinə başlamaq üçün bütün lazımi avadanlığı təmənnasız təqdim edib.
Xalqımızın sosial rifahının artırılması tək dövlətin deyil, hər birimizin üzərinə düşən məsuliyyətdir. Xüsusi ilə bugün, yaşadığımız çətin zamanda bu tədbirlərin həyata keçirilməsində əsas məqsəd əhalinin iqtisadi fəaliyyətinin, ailə gəlirlərinin artmasına, əlavə iş yerlərinin yaranmasına, vergi ödəyənlərin çoxalmasına xidmət etməkdir.
Expressbank nəinki aztəminatlı ailələrin öz bizneslərini yaratmaq, ümumiyyətlə bütün kiçik və orta sahibkarlıq fəaliyyəti ilə məşğul olan müştərilərinin bizneslərini inkişaf etdirmələri istiqamətində uğur qazanmaları üçün çalışır və hər zaman dəstək göstərir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank haqqında ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytından və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən əldə edə bilərsiniz.