“Expressbank” 2020-ci ilin 6 ayını 6,5 mln. AZN-dən artıq xalis mənfəətlə tamamlayıb.
Eləcə də bax: «Expressbank» maliyyə monitorinqi proseslərini - AVTOMATLAŞDIRIB
“Expressbank” ASC 2020-ci ilin ikinci rübünə dair maliyyə göstəricilərini açıqlayıb. Hesabata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə, bankın xalis mənfəəti 2 dəfədən çox artaraq 6 milyon 641 min AZN təşkil edib.
2020-ci ilin II-ci rübünün göstəricilərinə əsasən, “Expressbank” ASC Mərkəzi Bank tərəfindən müəyyən olunmuş bütün prudensial normativləri yenidən yüksək səviyyədə yerinə yetirib. Belə ki, 30 iyun 2020-ci il tarixində Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 44%, məcmu kapital adekvatlığı 48%, leverec əmsalı isə 34 % təşkil edib. Bu da, müəyyən edilmiş normativlərlərdən dəfələrlə artıq olmaqla bir daha bankın maliyyə cəhətdən sağlam və dayanıqlı olduğunu sübut edir.
Bankın ümumi kapitalı ötən ilin sonu ilə müqaisədə 6% artaraq 121 286 000 təşkil etmiş. Bu göstərici ilə bank Azərbaycan Bankları arasında ilk 10-luqda yer alır.
Eyni zamanda, Bankın ticarət və investisiya qiymətli kağızları portfelində ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə artım müşahidə edilmişdir. Bunun nəticəsində qeyd edilmiş sahə üzrə faiz gəlirliyi 2.3 dəfə artaraq 937 000 AZN təşkil etmişdir. Ümumilikdə, Bankın faiz gəlirliyi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 20 412 000 AZN təşkil etmişdir.
Bank II-ci rüb ərzində biznes sahəsinə dəstəyini daha da artırıb. Belə ki, biznes sahəsinə ayrılan kreditlər ötən ilin sonu ilə müqayisədə 15% artıb. Bu da sərfəli kredit tarifləri və müştəri gözləntilərinə çevik yanaşmanın nəticəsidir.
Biznes kreditlərində müşahidə olunan xüsusi artım bankın ölkəmizdə real sektorun inkişafına olan dəstəyinin göstəricisidir.
Bankın uğurları bununla da bitmir. Expressbank-ın açıqlamasında rəqəmsallaşma sahəsində də böyük uğurları haqqında danışılıb. Belə ki, II-ci rüb ərzində bankın təqdim etdiyi “Expressbank Business” onlayn internet bankçılıq xidməti vasitəsi ilə əməliyyatların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 51% artım müşahidə edilib. Bu da xidmətin rahatlığı və çevikliyi haqqında məlumat verir. Fiziki şəxslər üçün bankın təklif etdiyi “Express24” mobil bank tətbiqi vasitəsi ilə də aparılan əməliyyatların sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 dəfə, ötən rüb ilə müqayisədə isə 24% artım müşahidə edilmişdir.
Diqqət çəkən məqamlardan biri də, plastik kartlarla təmassız qaydada keçirilən ödənişlərin ötən rüb ilə müqayisədə 9% artaraq 59.2% təşkil etməsidir. Bu göstəricilər bankın nağdsız ödənişlərin təşviqinə dəstəyini əks etdirir.
Biznes və pərakəndə bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən “Expressbank”ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumat üçün 132 Məlumat Mərkəzinə zəng edə bilərsiniz.