“Expressbank” ASC 2019-cu ilin yanvar-mart ayları ərzində 9,32 mln. manatlıq cəmi faiz gəliri əldə edib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 29% bu il daha çox faiz gəliri etməsi deməkdir.
FED.az xəbər verir ki, bu barədə Bankın 2019-cu ilin ilk rübünə olan hesabatında deyilir.
Hesabat müddəti ərzində bankın cəmi xərcləri 2,47 mln. manat, qeyri-faiz gəlirləri 3,54 mln. manat və qeyri-faiz xərci isə 2,06 mln. manat təşkil edib ki, bu da bankın ilk rübdə 1,48 mln. manatdan çox əməliyyat mənfəəti əldə etməsi deməkdir. Beləliklə “Expressbank” yanvar-mart ayları ərzində 1,34 mln. manatlıx xalis mənfəət edib.
Eləcə də bax: Azərbaycan bankları 1-ci rübü necə tamamlayıb? – MƏNFƏƏT-ZƏRƏR – SİYAHI – YENİLƏNİR
Bildirək ki, bankın xalis mənfəəti ötən ilin analoji dövründə 749 min manat idi. Bu da bu il 1,78 dəfə daha çox xalis mənfəət əldə etməsi deməkdir.
Hazırda bankın balansında illərin yığılıb qalmış zərərinin həcmi 19,3 mln. manatdır və bu rübün əvvəli 20,64 mln. manat təşkil edirdi.