Azərbaycanın bir çox bölgələrində quraşdırılan və sayı 700-dən artıq olan Expresspay terminalları vasitəsilə müştərilər elektrik enerjisi üzrə ödənişləri həyata keçirən zaman heç bir əlavə komissiya ödəmir. Belə ki, ödənilən bütün məbləğ birbaşa ödəniş kimi qəbul edilir.
"Expressbank" əməkdaşlarından - “YAŞAT” Fonduna Dəstək
Həmçinin müştərilər heç bir komissiya ödəmədən digər kommunal ödənişlərini həyata keçirə bilər.
Expresspay özündə üç məhsulu - ödəmə terminalı, onlayn ödənişlər və elektron pul kisəsini birləşdirən sistemdir.
Müştərilərə əlçatan olmaq üçün terminallar Expressbank-ın filiallarında, AVM-lərdə, dövlət orqanlarının binalarında, metro stansiyalarında, yeraltı piyada keçidlərində, supermarketlərdə yerləşdirilib.