Avropada daha bir ölkə avroya keçir.
FED.az xarici mediaya istinadən xəbər verir ki, 2023-cü il 1 yanvar tarixindən etibarən Bolqarıstanda da ödəniş vasitəsi kimi avrodan istifadə ediləcək.
Eləcə də bax:Avrozonada illik inflyasiya - 1%-DƏN AŞAĞI DÜŞÜB
Bu barədə Bolqarıstanın Maliyyə Naziri Vladislav Qoranov elen edib. O bildirib ki, 2020-ci il aprelin sonunadək Bolqarıstan Avrozonada “gözləmə zalına” keçəcək. Bu baş verəndən sonra isə yeni valyutaya (avro) keçmək üçün 2-3 il tələb olunacaq. Ona görə də nazir hesab edirki 2023-cü il 1 yanvar tarixindən etibarən ölkədə avro istifadə edilməyə başlayacaq.
Eləcə də bax:Azərbaycan Avropaya ilbiz və qurbağa ayaqları - İXRAC EDƏCƏK
Yeri gəlmişkən qeyd edək ki, bu il Xorvatiya Şengen ölkələri sırasına daxil ediləcək. Bu son 11 ildə birliyə daxil ediləcək ilk ölkədir.