"Biz tam üzən məzənnəyə mərhələ-mərhələ keçəcəyik".
FED.az xəbər verir ki, bunu keçirdiyi mətbuat konfransında Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Elman Rüstəmov qeyd edib ki, hazırda manatın tam üzməsi onun yenidən möhkəmlənməsinə və ya ucuzlaşmasına səbəb ola bilər.
"Bunu nə biz, nə də biznes dünyası istəyir. Biz yeni fiskal siyasətlə yeni monetar siyasətə keçəcəyik"
Biz daha az volatil məzənnə təmin etməyə çalışırıq.