Kapital tələbini ödəməyən banklarla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası xüsusi proqram hazırlayıb. FED.az-ın sorğusunu cavablandıran Palata bildirib ki, "Bankların kapitallaşması proqramı" müəyyən olunub və hazırda proqrama uyğun olaraq bank səhmdarları ilə intensiv görüşlər keçirilir, bankların fəaliyyəti daim nəzarətdə saxlanılır.
Qeyd edək ki, sektorun sağlamlaşdırılması ilə bağlı aktivlik artıb və 2018-ci ilin sonuna qədər sektor üzrə bu işlər icra edilməlidir. Palatanın bununla bağlı açıqlamasına görə, bank sektorunun dayanıqlığı daim diqqət mərkəzində saxlanılır və bununla bağlı davamlı nəzarət və sağlamlaşdırma tədbirləri həyata keçirilir.
Banklara qrafik qoyuldu - PALATADAN AÇIQLAMA
16:08
7 İyun 2018