Kampaniyanın şərtlərinə əsasən manat vəsaitlərinizi 12 aydan 36 ayadək Bank BTB-yə etibar edə bilərsiniz.
FED.az xəbər verir ki, faizlərin ödənilməsi əmanətin müddətindən asılı olaraq aylıq əsasda və ya müddətin sonunda həyata keçəcək. Vəsaiti 12-36 ayadək yerləşdirdikdə aylıq 11.5%, müddətin sonunda isə 12% gəlir qazandıracaq.
Qeyd edək ki, Bank BTB-də yerləşdirilən əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun qaydalarına uyğun olaraq sığortalanır. Kampaniyanın müddəti 07 yanvar 2025-ci il tarixindən 28 fevral 2025-ci il tarixinədək davam edəcək.
Müddətli əmanət |
|||
Müddət |
Faizlərin ödənilməsi |
Faiz |
Valyuta |
12-36 ay |
Aylıq |
11.5% |
AZN |
Müddətin sonunda |
12% |
AZN |
- Əmanət üzrə faizlərin ödənilməsi – Aylıq və ya Müddətin sonunda;
- Əmanət məhsulunun növü – “Müddətli” əmanət;
- Əmanətin açılması üçün minimal məbləğ - 100 AZN
Nəzərinizə çatdıraq ki, kampaniya 28 fevral 2025-ci il tarixinədək davam edəcək.
Bank “BTB” ASC Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 19.03.2010-cu il tarixli 254 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Bank Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ümumi 8 xidmət nöqtəsilə müştərilərə korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlərini təqdim edir.
Kampaniyadan yararlanmaq istəyən şəxslər vaxt itirmədən Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook (www.facebook.com/bankbtb) və Instagram (www.instagram.com/bankbtb/) səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp (https://wa.me/994553000946) nömrəsinə müraciət edə bilərlər. Bundan əlavə (012) 946 nömrəli Məlumat mərkəzi və www.btb.az rəsmi saytı müştərilərin xidmətindədir.