FED.az xəbər verir ki, "AzərTürkBank" Risk Menecmenti Departamentinin Kredit riskləri şöbəsində Data Science üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "TuranBank" işçilər axtarır - VAKANSİYALAR
Namizədə olan tələblər:
• Ali təhsil (Komputer elmləri, riyaziyyat, kibernetika və digər əlaqəli texniki fənlər);
• R və ya Python, SAS, SQL proqramlaşdırma dilləri üzrə bilik və təcrübə;
• Əla səviyyədə Azərbaycan dili, yaxşı səviyyədə İngilis və Rus dili biliyi;
• MS Office proqramlarından yüksək səviyyədə istifadə bacarığı.
Vəzifə öhdəlikləri:
• Risk modellərinin qurulması və işinə nəzarət;
• Risk modellərinin yenilənməsi, təkmilləşdirilməsi, validasiyası prosedurları və texniki dəstəyin təminatı;
• Problemləri müəyyənləşdirmək, həlləri üzrə təkliflər vermək və səmərəli qərar qəbul etmək məqsədilə digər şöbələrlə sıx əlaqədə olmaq.
CV-lərinzi vakansiyanın adını qeyd etməklə [email protected] ünvanına göndərərək müraciət edə bilərsiniz.