FED.az xəbər verir ki, "Turanbank" 2 vəzifə üzrə vakansiya elan edir.
Eləcə də bax: "Baku Electronics LTD" işçi axtarır - VAKANSİYA
Vakanksiya 1. - Şöbə müdiri
Vəzifəyə olan tələblər:
- Ali təhsil;
- Bank sektorunda ən azı 3 il iş təcrübəsi olması;
- Kredit təhlil etmək bacarığı;
- Problemi həll etmək bacarığı;
- Satış bacarığına malik olması;
- İşdə düzgünlük, operativlik;
- Komandada işləmə bacarığı;
- Ünsiyyət qurma qabiliyyəti;
- Məsuliyyətlilik, diqqətcillik;
- Şəffaflıq və etik davranış standartlarının tələblərinə malik olma.
Vəzifə öhdəlikləri:
- Qoyulmuş hədəflərin icrası;
- Kredit müştərilərinin banka cəlb edilməsi, onların bizneslərinin maliyyə təhlilinin aparılması, kreditləşdirilməsi və kredit müddətində müştərilərin idarə edilməsi;
- İşini düzgün planlaşdırma bacarığı;
- Mütəmadi olaraq müştəri görüşlərinin keçirilməsi və potensial müştərilərə bank məhsullarının və xidmətlərinin təklifi;
- Filial müdiri tərəfindən verilən tapşırıqların operativ yerinə yetirilməsi.
Şəhər: Cəlilabad şəhəri
Yaş həddi: 25-40
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit şöbəsinin müdiri” yazmağı unutmayın.
Vakansiya 2. - KREDİTLƏRİN MONİTORİNQİ ŞÖBƏSİNİN APARICI MÜTƏXƏSSİSİ
İş barədə məlumat:
- Rəhbərlik tərəfindən təsdiqlənmiş plana uyğun olaraq kredit layihələrinin monitorinqi
- Bakı şəhəri və regionlarda yerləşən filiallar tərəfindən verilmiş kreditlər üzrə planlı və növbədənkənar monitorinqlərin aparılması
- Kredit portfelinin müxtəlif indiqatorlar üzrə təhlil edilməsi
- Girov qismində rəsmiləşdirilən təminatların qiymətləndirilməsi
- Monitorinqin nəticələrinə əsasən rəy və hesabatların hazırlanması
- Aşkarlanmış risk faktorlarının qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyyələrin verilməsi
- İş vaxtı: həftə içi 5 gün,
09:00-dan 18:00-dək
Namizədə tələblər
- Ali təhsil (iqtisadi təhsil arzuolunandır)
- Bank sahəsi üzrə 3 illik iş təcrübəsi (mikro və biznes kreditləri sahəsi üzrə)
- Analitik təhlil və düşünmə bacarığı
- Komandada işləmək bacarığı
- Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində biliyə sahib olmalı
- Biznes və İstehlak kreditlərinin qiymətləndirilməsi üzrə bacarıqlar
- Dil bilikləri: Azərbaycan dili sərbəst, rus və ingilis dili arzu olunandır
- Yüksək ünsiyyət qurma bacarığı
-
Şəhər: Bakı
-
Yaş: 24 - 35 yaş
-
Təhsil: Ali
-
İş təcrübəsi: 3 ildən 5 ilə qədər
-
Elanın tarixi: Dekabr 29, 2019
-
Bitmə tarixi: Yanvar 28, 2020
-
Telefon: (012) 510-70-11
-
E-mail: [email protected]
Anketlərinizi [email protected] ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən Mövzu hissəsinə “Kredit şöbəsinin müdiri” yazmağı unutmayın.