Bankların kartlarla bağlı rəqabət apardığı göstəricilərdən biri də kartdakı vəsait qalığına hesablanan faizlərin dərəcəsidir.
FED.az xəbər verir ki, əvvəldər, yəni kart bazarında rəqabət bu qədər güclü olmadığı bir vaxtda kart qalığına hesablanan faizlər simvolik idi və yüksək deyildi.
İndi isə kart qalığına hesablanan faizlər artıq əmanət faizlərinə yaxınlaşır.
Bank kartlarının qalığa gəlir faizi, kart sahiblərinin hesablarında qalan vəsaitdən əlavə qazanc əldə etmələrinə imkan yaradır. FED.az xəbər verir ki, bu faiz dərəcələri bankdan banka dəyişir və müştərilərin ehtiyaclarına və maliyyə hədəflərinə uyğun olaraq müxtəlif seçimlər təklif olunur.
FED.az müxtəlif bankların təklif etdiyi faiz dərəcələrini müqayisə edib. Kart qalığı üzrə əldə olunan gəlirlilik faizi 4-8% aralığında dəyişir.
Digər banklar və kartlar haqqında daha detallı:
Bank |
Kartın adı |
Kart hesabının qalığına gəlir illik |
Qalıq məbləğ üzərinə faiz necə hesablanır? |
Tam DigiCard |
7% |
Faiz illik 7% hesablanıb ayın sonunda kart hesabına köçürülür |
|
Azər‐Türk Bank |
atb card |
5,5% |
Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə edilir |
Bank of Baku |
Bolkart debet |
7% |
İllik 7%-dək gəlirlilik dərəcəsi ilə gündəlik əsasda gəlir əldə edirlər |
Bank BTB |
Junior card |
6% |
İllik 6% hesablanıb ayın sonunda kart hesabına köçürülür |
Bank Respublika |
Visa Neo Premium |
5% |
Qalıq məbləğ üzərinə faizlər hər ayın əvvəlində hesablanır və NeoKartına müvafiq məbləğdə mədaxil olunur. |
Expressbank |
Expresso Standard |
6% |
Faiz gündəlik hesablanaraq hər ay hesabınıza əlavə ediləcək |
Rabitəbank |
Kartmane Premium |
6% |
Hər ayın sonu kartdakı məbləğə əlavə olunur |
XalqBank |
XalqKart CASHBACK |
8% |
Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. |
Yelo Bank |
Yelo Premium |
6% |
Faizlər gündəlik hesablanır hər ay toplanıb növbəti ayın ilk iş günü balansa mədaxil olunacaq |
Unibank |
UCard |
6% |
Faizlər gündəlik hesablanır hər ay toplanıb ayın sonu balansa köçürülür |
AccessBank |
myCard Premium |
4% |
Faizlər gündəlik hesablanır və cari ayın son iş günündə kartın balansına köçürülür. |