Azərbaycanda qüvvədə olan "Mühasibat uçotu haqqında" qanuna əsasən, ödəniş və elektron pul təşkilatları ictimai əhəmiyyətli qurum statusuna malik olmadıqlarından, onların sözügedən maliyyə hesabatlarını və auditor rəylərini ictimaiyyət üçün açıqlamaq öhdəliyi mövcud deyil.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.
Bununla belə, qurum bəyan edib ki, gələcəkdə ödəniş bazarı iştirakçılarının da ictimai əhəmiyyətli qurumlar kateqoriyasına aid edilməsi məqsədilə qanuna müvafiq dəyişikliklərin olunması ilə bağlı aidiyyəti dövlət qurumuna təklif verilib.
Hazırda Azərbaycanda 9 ödəniş və 13 elektron pul təşkilatı var. (Report)














