Moskvaya kütləvi dron hücumu zamanı məşhur “Sadovod” bazarında yanğın baş verib.
Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib, 180 PUA vurulub
FED.az xəbər verir ki, sosial şəbəkələrdə yanğının görüntüləri paylaşılıb.
Vurulmuş dronun “Sadovod” bazarının ərazisinə düşməsini Moskvanın meri Sergey Sobyanin də təsdiqləyib. O, hadisə nəticəsində heç kimin xəsarət almadığını bildirib.
Xatırladaq ki, Moskvanın ən böyük bazarlarından biri olan “Sadovod” azərbaycanlı iş adamları Qod Nisanov və Zarah İliyevin “Kievskaya Ploşad” şirkətinə məxsusdur. Bazar 40 hektar ərazidə yerləşir.














