Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin 10 iyun 2026-cı il tarixli qərarı ilə "Multi Solutions" və "Cibpay" MMC-lərin ödəniş təşkilatı lisenziyaları ləğv edilərək onlara elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən lisenziyalar verilib.
Mərkəzi Bank “Baku Pay” və “Fizza Pay”ə məcburi göstəriş verib
FED.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bu qərar "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" qanuna əsasən qəbul olunub.
Beləliklə, ölkədə ödəniş təşkilatlarının sayı 9-dan 7-yə düşüb, əvəzində elektron pul təşkilatlarının sayı 13-dən 15-ə qalxıb.














