Ukrayna Moskvaya son iki ildə ən böyük dron hücumunu edib.
FED.az xəbər verir ki, son sutkada Moskva regionu üzərində 180 PUA vurulub.
Ukrayna PUA-larının hədəflərindən biri Moskvanın cənub-şərqində yerləşən Neft Emalı Zavodu olub. Belə ki, Ukrayna son üç gündə zavoda ikinci dəfə hücum edib, zavodda yanğın başlayıb.
PUA hücumundan sonra “Sadovod” ticarət mərkəzində də yanğın başlayıb.
PUA hücumu ilə bağlı Moskvanın bütün hava limanları – “Vnukovo”, “Domodedovo”, “Şeremetyevo” və “Jukovski” aeroportları fəaliyyətini dayandırıb.
Rusiya Müdafiə Nazirliyi son sutkada 555 Ukrayna PUA-sının vurulduğunu açıqlayıb.














