Bu ilin 3-rübü üzrə Azərbaycanda ən çox biznes krediti verən bankların adları məlum olub.
FED.az bankların rüblük hesabatları əsasında hazırladığı renkinqə istinadən xəbər verir ki, ən çox biznes krediti verən bank "Paşa Bank" olub. Bank ümumilikdə 2 milyard 943,8 milyon manat biznes krediti verib.
Bundan başqa bank sektorunda liderlik mövqeyi sərgiləyən ABB-nin biznes kreditlərinin həcmi 2 milyard 941,8 milyon manat olub.
"Kapital Bank"ın biznes kreditlərinin həcmi 1 milyard 689,2 milyon manat, "Xalq Bank"ın biznes kreditləri portfeli 1 milyard 212,2 milyon manata bərabər olub.
Ən aşağı göstəricilər "Bank Melli İran" (368 min manat) və "Bank Avrasiya" (64,7 milyon manat" üzrə qeydə alınıb.