Bu ilin aprel ayının yekununda Azərbaycan manatının nominal effektiv məzənnəsi 73,3 bənd təşkil edib.
FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, mart ayının yekunu ilə müqayisədə 0,9 bənd çoxdur.
Ay ərzində milli valyutanın real effektiv məzənnəsi isə 0,7 bənd artaraq 100,3-ə çatıb.