FED.az Azərbaycanın ən böyük bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) gəlir mənbələrini təqdim edir .
Son bir ildə ABB-nin qeyri-faiz gəlirləri - 58% ARTIB
ABB bankın çoxsaylı filial şəbəkəsi, fərqli istiqamətdə layihələrdə iştirakı, biznesin bütün təbəqələrinin maliyyələşdirilməsindəki aktivliyi, eləcə də internet bankinq və bank kartları üzrə fəaliyyəti ona müxtəlif istiqamətlərdən gəlir əldə etməyə imkan verir.
Ölkədə gəlirlərin həcminə görə ikinci yeri tutur. 2024-ci ilin ikinci rübünün nəticələrinə görə, “Azərbaycan Beynəlxalq Bankı (ABB)”ın ümumi gəlirləri 584 milyon 12 min manat təşkil edib.
Bankın gəlirlərinin böyük hissəsi – 309 milyon 564 min manatı və ya bütün gəlirlərin 53%-i kredit portfelinin gəlirlərindən formalaşıb.
Bank komissiya haqlarından 106 milyon 48 min manat gəlir əldə edib – bu bütün gəlirlərin 18%-ni təşkil edir.
Valyuta əməliyyatlarından isə daxil olan məbləğ – 25 milyon 454 min manatdır. ABB valyuta əməliyyatlarından ən çox gəlir əldə edən bankdır.
Bankın digər bir gəlir mənbəsi qiymətli kağızlardır – 2024-ci ilin ikinci rübündə bank bu sahədən 65 milyon 390 min manat gəlir əldə edib – ümumi gəlirlərin 11%-i bu sahədən daxil olub.
ABB-nin başqa banklarda saxladığı depozitlər isə bankı 55 milyondan artıq gəlir ilə təmin edib – bütün gəlirlərin 10%-i.
Başqa banklarda kredit ayırmaqla 1 milyon 332 min manat gəlir əldə olunub – bütün gəlirlərin 1%-i həcmində.
Bütün bunlardan başqa, ABB digər faiz və qeyri-faiz gəlirləri olaraq ikinci rüb ərzində 20 milyondan artıq vəsait əldə edib.
Ümumiyyətlə, “Azərbaycan Beynəlxalq Bankı (ABB)”ın ümumi gəlirlərində faiz gəlirləri 76%, qeyri-faiz gəlirləri 24% təşkil edir.
Digər gəlirlərin məbləği və onun ümumi gəlirlərdəki payı aşağıdakı kimidir.
Gəlir mənbələri |
Məbləğlər |
Ümumi gəlir də payı |
Kredit portfeli üzrə faiz gəliri |
309 564 |
53% |
Komissiya haqları |
106 048 |
18% |
Valyuta əməliyyatlarından gəlirlər |
25 454 |
3% |
QK-a investisiyadan gəlir |
65 390 |
11% |
Digər banklara depozitlərdən gəlirlər |
55 776 |
10% |
Digər banklara kreditlərdən gəlirlər |
1 332 |
1% |
Digər faiz gəlirləri |
5 199 |
1% |
Digər qeyri-faiz gəlirləri |
15 249 |
3% |
|
|
|
CƏMİ GƏLİRLƏR |
548 012 |
100% |