ATB 2026-cı ilin doqquz ayını əsas maliyyə göstəriciləri üzrə artımla başa vurub.
Azərbaycan banklarında ən yüksək maaş haradadır? – BANKLAR, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bankın xalis mənfəəti, gəlirləri, aktivləri, kredit və depozit portfelləri, eləcə də kapitalı və kapitalın gəlirlilik əmsalı yüksəlib.
Xalis mənfəət 15,2 milyon manata çatıb
2026-cı ilin ilk doqquz ayında Bank 15,2 milyon manat xalis mənfəət əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 62% və ya təxminən 5,8 milyon manat artım deməkdir. Hesabat dövründə Bankın ümumi gəlirləri 14% artaraq 143 milyon manat, xərcləri isə 127,6 milyon manat təşkil edib.
Mənfəət dinamikasında faiz və qeyri-faiz gəlirlərinin artımı diqqət çəkir. 2026-cı ilin sentyabr ayına faiz gəlirləri 97,4 milyon manatdan 105,7 milyon manata yüksəlib. Qeyri-faiz gəlirləri isə 27,9 milyon manatdan 37,2 milyon manata çatıb.
Kapitalın gəlirliliyi və məcmu kapital artıb
Məcmu kapital isə ötən ilin eyni dövrü ilə müqayisədə 16,5% artaraq 128,7 milyon manat təşkil edib.
Kredit portfeli 20% artaraq 945 milyon manata yaxınlaşıb
2026-cı ilin sentyabr ayının sonuna Bankın ümumi kredit portfeli ötən ilin müvafiq dövründəki 787,7 milyon manatdan 944,9 milyon manata yüksəlib. Beləliklə, kredit portfelində 20% artım qeydə alınıb.
Portfelin tərkibində istehlak kreditləri 35% artaraq 314,2 milyon manatdan 424,1 milyon manata, biznes kreditləri 13,5% artaraq 267,1 milyon manatdan 303,2 milyon manata çatıb. Daşınmaz əmlak kreditlərinin həcmi isə 5,5% artımla 206,3 milyon manatdan 217,6 milyon manata yüksəlib.
Depozit portfeli 1,7 milyard manata yüksəlib
Hesabat dövrünün sonunda Bankın depozit portfeli ötən ilin eyni dövrü ilə müqayisədə 40,4% artaraq 1,7 milyard manata çatıb. Əhalinin Banka yerləşdirdiyi əmanətlərin həcmi 70% artaraq 344,8 milyon manat təşkil edib.
2026-cı ilin üçüncü rübünün sonuna Bankın ümumi öhdəlikləri 2 milyard manat səviyyəsində olub.















