«Bank Respublika» cari ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin faiz gəlirləri 240,4 milyon manat, faiz xərcləri 95,5 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 22,7 milyon manat (10,4%), faiz xərcləri 4,7 milyon manat (5,2%) artıb.
Faiz gəlirlərində - müştərilərə verilmiş kreditlər 215,3 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 5 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 13,5 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 3,2 milyon manat, digər faiz gəlirləri 3,4 milyon manat təşkil edib.
Faiz xərclərində - depozitlər üzrə faizlər 33,3 milyon manat, repo əməliyyatları üzrə faizlər 85 min manat, cəlb edilmiş kreditlərə görə ödənilən faizlər 55,8 milyon manat, qiymətli kağızlar üzrə faizlər 1,9 milyon manat, digər faiz xərcləri 4,5 milyon manat yer tutub.
Yekunda 9 ayda bankın xalis faiz gəliri 145 milyon manat olmaqla, 18,1 milyon manat, yaxud da 14,3% artıb.
Hesabat dövründə bankın qeyri-faiz gəlirləri 36,5 milyon manat, qeyri-faiz xərcləri 114,3 milyon manat olub. İllik müqayisədə qeyri-faiz gəlirləri 6,3 milyon manat (20,9%), qeyri-faiz xərcləri 15,8 milyon manat (16%) artıb.
Qeyri-faiz gəlirlərində - alınan haqq və kommisiya gəliri 22,3 milyon manat, xarici valyutadan gəlir 14,2 milyon manat olub.
Qeyri-faiz xərclərində - əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 73,2 milyon manatlıq, ümumi və inzibati xərclər 25,5 milyon manatlıq, amortizasiya xərcləri 3,7 milyon manatlıq, digər xərclər 11,9 milyon manatlıq yer tutub.
Hesabat dövründə bankın mənfəət vergisindən əvvəlki mənfəəti 63,1 milyon manat, mənfəət vergisi xərci 12,8 milyon manat olub. Yekun olaraq, bank cari ilin ilk 9 ayını 50,3 milyon manat xalis mənfəətlə bağlıyıb ki, bu da, ötən ilin müvafiq dövründəki 43,2 milyon manatlıq xalis mənfəətdən 7,1 milyon manat və ya 16,4% daha çoxdur.
Cari ilin sentyabr ayının sonunda «Bank Respublika»nın cəmi aktivləri 2 milyard 658,6 milyon manat olub. Aktivlərin 66,1%-i və ya 1 milyard 757,8 milyon manatı kredit portfelinin payına düşüb. Kredit portfeli ilin əvvəlindən bəri 104,2 milyon manat (6,3%) artıb.
Son 9 ayda istehlak kreditlərinin həcmi 29,6 milyon manat (8%) artaraq 398,5 milyon manata, biznes kreditlərinin həcmi 61,4 milyon manat (5,5%) artaraq 1 milyard 176,8 milyon manata, daşınmaz əmlak kreditləri 13,2 milyon manat (7,8%) artaraq 182,5 milyon manata yüksəlib.
Bundan başqa, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinin həcmi 129,9 milyon manata, ticarət və investisiya qiymətli kağızları 32,8 milyon manata, banklar və digər maliyyə institutlarındakı depozitlərin həcmi 593,4 milyon manata, banklar və digər maliyyə institutlarına verilən kreditlərin həcmi 57,4 milyon manata bərabər olub.
Bəhs olunan dövrün sonunda bankın cəmi öhdəliklərinin həcmi 2 milyard 372,8 milyon manat olmaqla, son 9 ayda 103,5 milyon manat və ya 4,2% azalıb.
Öhdəliklərin 46,2%-ini – 1 milyard 96,6 milyon manatını depozitlər təşkil edib. Fiziki şəxslərin depozitləri 604,7 milyon manata, hüquqi şəxslərin depozitləri 491,8 milyon manata bərabər olub.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərin həcmi 1 milyard 159,6 milyon manat, borc qiymətli kağızları 8,5 milyon manat, subordinasiya borc öhdəlikləri 16,2 milyon manat, digər öhdəliklər 91,9 milyon manat olub.
Nəticə olaraq, 2026-cı ilin üçüncü rübünün sonunda «Bank Respublika»nın cəmi kapitalı 285,8 milyon manat olub. Bu, 9 ayda 36,5 milyon manatlıq (14,6%) artım deməkdir. Kapitalın 240,3 milyon manatı səhmdar kapitalının, 50,3 milyon manatı bölüşdürülməmiş mənfəətin payına düşüb.








![Kredit portfelində 100 milyonluq artım – [red]9 AYA 50 MİLYON MƏNFƏƏT - «BANK RESPUBLİKA»DAN GÜCLÜ GÖSTƏRİCİLƏR [/red] | FED.az](/upload/news/small/3675783.jpg)
![Kredit portfelində 100 milyonluq artım – [red]9 AYA 50 MİLYON MƏNFƏƏT - «BANK RESPUBLİKA»DAN GÜCLÜ GÖSTƏRİCİLƏR [/red] | FED.az](/upload/news/small/1378816.jpeg)
![Kredit portfelində 100 milyonluq artım – [red]9 AYA 50 MİLYON MƏNFƏƏT - «BANK RESPUBLİKA»DAN GÜCLÜ GÖSTƏRİCİLƏR [/red] | FED.az](/upload/news/small/2016970.jpeg)









