Ölkənin aparıcı banklarından olan “Kapital Bank” ASC bu ilin üçüncü rübü üzrə maliyyə vəziyyətini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hesabat dövründə bankın faiz gəlirləri 986,3 milyon manat, faiz xərcləri 260,3 milyon manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 111,6 milyon manat (12,8%) artıb, faiz xərcləri 16,8 milyon manat (6,1%) azalıb.
Faiz gəlirlərində - müştərilərə verilmiş kreditlərdən faiz gəlirləri 812,4 milyon manat, ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri 112,9 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri 38,4 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri 2,3 milyon manat, digər faiz gəlirləri 20,2 milyon manat təşkil edib.
Faiz xərclərində - depozitlər üzrə ödənilmiş faizlər 186,9 milyon manata, cəlb edilmiş kreditlərə və depozitlərə görə ödənilən faizlər 47,9 milyon manata, bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri 23,5 milyon manata, AMB-nin kreditləri üzrə faizlər 23 min manata, digər faiz xərcləri 2 milyon manata bərabə olub.
Nəticədə, xalis faiz gəlirləri 715,9 milyon manat olmaqla, illik müqayisədə 127,5 milyon manat və ya 21,7% artıb.
Hesabat dövründə “Kapital Bank”ın qeyri-faiz gəlirləri 523,8 milyon manat, qeyri-faiz xərcləri 716,6 milyon manat olub. Ötən ilin eyni dövrünə nəzərən qeyri-faiz gəlirləri 60,2 milyon manat (13%), qeyri-faiz xərcləri 30,6 milyon manat (4,5%) çoxalıb.
Qeyri-faiz gəlirlərinin 478,9 milyon manatı alınan haqq və kommisiya gəlirinin, 37,7 milyon manatı xarici valyutadan gəlirlərin, 8 milyon manatı digər gəlirlərin payına düşüb.
Qeyri-faiz xərclərinin 237,8 milyon manatı əmək haqqı və digər kompensiya növləri üzrə xərclərin, 58,7 milyon manatı ümumi və inzibati xərclərin, 49 milyon manatı amortizasiya xərclərinin, 371 milyon manat digər xərclərin payına düşüb.
Bəhs olunan dövrün sonunda bankın əməliyyat mənfəəti 523,2 milyon manat, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar 140,7 milyon manat təşkil edib. Mənfəət vergisindən əvvəlki mənfəət 382,5 milyon manata, mənfəət vergisi xərci 85,5 milyon manata bərabər olub.
Yekunda, şirkətin 9 ayda xalis mənfəəti 297 milyon manat olmaqla, ötən ilin eyni dövründəki 229,1 milyon manatdan 67,9 milyon manat və ya 29,6% daha çox olub.
Cari ilin üçüncü rübünün yekununda “Kapital Bank”ın cəmi aktivlərinin həcmi 13 milyard 919,5 milyon manat olmaqla, ötən ilin sonuna nəzərən 2 milyard 598,6 milyon manat (23%) artıb.
Bankın kredit portfeli 6 milyard 391,3 milyon manata yüksəlib. Bu, 9 ayda 971,3 milyon manatlıq (17,9%) artım deməkdir. Kredit portfelində istehlak kreditləri 3 milyard 537 milyon manata (401,3 milyon manat / 12,8% çox), biznes kreditləri 2 milyard 667 milyon manata (973,8 milyon manat / 57,5% çox), ) daşınmaz əmlak kreditləri 587,5 milyon manata (3,5 milyon manat / 0,6% az) bərabər olub.
Nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin həcmi 2 milyard 627,5 milyon manat, ticarət və investisiya qiymətli kağızları 2 milyard 570,9 milyon manat, banklar və digər maliyyə institutlarındakı depozitlər 384,6 milyon manat, banklar və digər maliyyə institutlarına verilən kreditlər 34,8 milyon manat təşkil edib.
Bəhs olunan dövrün sonunda bankın cəmi öhdəlikləri 12 milyard 575,1 milyon manat olmaqla, son 9 ayda 2 milyard 432,5 milyon manat (24%) artıb.
Öhdəliklərin 82%-ini – 10 milyard 305,9 milyon manatını depozitlər tutub. Bankdakı depozitlərin həcmi ötən ilin sonuna nəzərən 2 milyard 17,2 milyon manat (24,3%) artıb. Depozitlərin 4 milyard 95,1 milyon manatı fiziki şəxslərin depozitlərinin (958,3 milyon manat və ya 30,6% çox), 6 milyard 210,7 milyon manatı hüquqi şəxslərin depozitlərinin (1 milyard 58,9 milyon manat və ya 20,65 çox) payına düşüb.
Kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 1 milyard 205,1 milyon manata, borc qiymətli kağızları 50 milyon manata, cari vergi öhdəlikləri 81,4 milyon manata, subordinasiya borc öhdəlikləri 306 milyon manata, Mərkəzi Bank və dövlət fondları qarşısında öhdəlikləri 403 min manata, digər öhdəliklər 626,6 milyon manata bərabər olub.
Nəticə olaraq, cari ilin üçüncü rübünün sonunda “Kapital Bank” ASC-nin cəmi kapitalı 1 milyard 344,4 milyon manata yüksəlib. Kapitalın 265,8 milyon manatı səhmdar kapitalının, 971,2 milyon manatı bölüşdürülməmiş mənfəətin, 106,5 milyon manatı ümumi ehtiyatların payına düşüb.








![“Kapital Bank”a 9 ayda 2 milyard depozit qoyulub – [red]BÖYÜMƏ SÜRƏTLƏNİB, 300 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/66896.jpg)
![“Kapital Bank”a 9 ayda 2 milyard depozit qoyulub – [red]BÖYÜMƏ SÜRƏTLƏNİB, 300 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/2680006.jpeg)
![“Kapital Bank”a 9 ayda 2 milyard depozit qoyulub – [red]BÖYÜMƏ SÜRƏTLƏNİB, 300 MİLYON XALİS MƏNFƏƏT - HESABAT[/red] | FED.az](/upload/news/small/720713.jpeg)









