2026-cı ilin birinci yarımili ərzində qeyri-işlək kredit portfelinin həcmi 954 milyon manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, birinci yarımil ərzində 191 milyon manat və ya 25% artım deməkdir.
"Qeyri-işlək portfelin cəmi kredit portfelindəki payı isə yarımil ərzində 0,5 faiz bəndi artaraq 3 faizə çatıb", - deyə o, əlavə edib.















