Bu ilin üçüncü rübünün sonunda ölkənin lider bankı ABB-nin kredit portfeli 7 milyard 854,1 milyon manat olub.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bankın kredit portfeli bu ilin əvvəlindən bəri 774,1 milyon manat və ya 10,9% artıb.
Bankın kredit porfelində istehlak kreditləri 28,6%, biznes kreditləri 48,4%, daşınmaz əmlak kreditləri 23% yer tutub.
Beləliklə, son 9 ayda istehlak kreditlərinin həcmi 260 milyon manat (13,1%) artaraq 2 milyard 244 milyon manata, biznes kreditlərinin həcmi 257 milyon manat (7,2%) artaraq 3 milyard 802 milyon manata, daşınmaz əmlak kreditləri 257,5 milyon manat (16,6%) artaraq 1 milyard 808 milyon manata yüksəlib.
|
Kredit portfeli |
31.12.2025 |
30.09.2026 |
Dinamika |
Dinamika |
|
Cəmi |
7 080 |
7 854,1 |
774,1 |
10,90% |
|
İstehlak krediti |
1 984,2 |
2 244,1 |
259,9 |
13,10% |
|
Biznes krediti |
3 545 |
3 801,8 |
256,8 |
7,20% |
|
Daşınmaz əmlak krediti |
1 550,8 |
1 808,3 |
257,5 |
16,60% |
Qeyd edək ki, hesabat dövrünün sonunda bankın cəmi aktivləri 16 milyard 117,6 milyon manat, cəmi öhdəlikləri 13 milyard 794,9 milyon manat təşkil edib.















