«Azər-Türk Bank» cari ilin üçüncü rübünə olan maliyyə vəziyyətini açıqlayıb.
Azərbaycan bankları 3-cü rübü belə başa vurdular – MƏNFƏƏT-ZƏRƏR (2026) - YENİLƏNİR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında şirkətin faiz gəlirləri 105 milyon 690 min manat, faiz xərcləri 57 milyon 134 min manat təşkil edib.
Ötən ilin eyni dövrü ilə müqayisədə faiz gəlirləri 8 milyon 280 min manat (8,5%), faiz xərcləri 6 milyon 58 min manat (11,9%) artıb.
Faiz gəlirlərinin - 66 milyon 836 min manatı müştərilərə verilmiş kreditlərin, 487 min manatı banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirlərinin, 26 milyon 908 min manatı banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirlərinin, 10 milyon 997 min manatı ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirlərinin, 461 min manatı digər gəlirlərin payına düşüb.
Faiz xərclərinin – 52 milyon 412 min manatı depozitlər üzrə faizlərin, 3 milyon 818 min manatı cəlb edilmiş kreditlərə görə ödənilən faizlərin, 904 min manatı digər xərclərin payına düşüb.
Yekunda bankın xalis faiz gəlirləri illik müqayisədə 2 milyon 222 min manat (4,8%) artaraq 48 milyon 556 min manata yüksəlib.
Hesabat dövrünün sonunda bankın qeyri-faiz gəlirləri 37 milyon 175 min manat, qeyri-faiz xərcləri 61 milyon 411 min manat təşkil edib. İllik müqayisədə qeyri-faiz gəlirləri 9 milyon 260 min manat (33,2%), faiz xərcləri 4 milyon 759 min manat (8,4%) artıb.
Qeyri-faiz gəlirlərində - hesabların aparılması üzrə xidmətlərdən komisyon gəliri 676 min manat, xarici valyutadan gəlirlər 12 milyon 671 min manat, digər xidmət növlərindən komisyon gəliri 23 milyon 828 min manat yer tutub
Qeyri-faiz xərclərində - əmək haqqı və digər kompensiya növləri üzrə xərclər 28 milyon 695 min manata, ümumi və inzibati xərclər 5 milyon 387 min manata, amortizasiya xərcləri 3 milyon 144 min manata, digər xərclər 24 milyon 186 min manata bərabər olub.
Bankın mənfəət vergisindən əvvəlki mənfəəti 18 milyon 958 min manat, mənfəət vergisi xərci 3 milyon 792 min manat təşkil edib. Yekun olaraq, bank cari ilin yanvar-sentyabr aylarını 15 milyon 166 min manat xalis mənfəətlə bağlayıb ki, bu da, illik müqayisədə 5 milyon 790 min manat (61,8%) daha çoxdur.
Bu ilin üçüncü rübünün sonunda «Azər-Türk Bank»ın cəmi aktivləri 2 milyard 184 milyon manata bərabər olub.
Aktivlərin 43,3%-ini və ya 944,9 milyon manatını kredit portfeli tutub. Kredit portfeli ilin əvvəlindən bəri 157,5 milyon manat (20%) artıb.
O cümlədən, son 9 ayda bankın istehlak kreditlərinin həcmi 95,9 milyon manat (29,2%) artaraq 424,1 milyon manata, biznes kreditləri 50,7 milyon manat (20%) artaraq 303,2 milyon manata, daşınmaz əmlak kreditləri 11 milyon manat (5,3%) artaraq 217,6 milyon manata yüksəlib.
Bundan başqa, nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsait 248,1 milyon manata, ticarət və investisiya qiymətli kağızları 304,9 milyon manata, banklar və digər maliyyə institutlarındakı depozitlər 602 milyon manata, banklar və digər maliyyə institutlarına verilən kreditlər 17,8 milyon manata bərabər olub.
Hesabat dövrünün sonunda bankın cəmi öhdəlikləri 2 milyard 48,9 milyon manat təşkil edib. Bu, son 9 ayda 22,2 milyon manat (1,1%) daha azdır.
Öhdəliklərin 81,4%-ini və ya 1 milyard 668,2 milyon manatını depozitlər tutub. Depozitlərin həcmi ilin əvvəlindən bəri 114 milyon manat (7,3%) artıb. Depozitlərdə fiziki şəxslərin depozitləri 112,8 milyon manat (48,6%) artaraq 344,8 milyon manata, hüquqi şəxslərin depozitləri 1,3 milyon manat (0,1%) artaraq 1 milyard 323,5 milyon manata çatıb.
Bundan başqa, Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər 220 milyon manat, kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklər 112,2 milyon manat, borc qiymətli kağızları 10,7 milyon manat, digər öhdəliklər 37,8 milyon manat təşkil edib.
Nəticə olaraq, cari ilin üçüncü rübünün sonunda «Azər-Türk Bank»ın cəmi kapitalı 135,1 milyon manat olub. Bu, son 9 ayda 17,7 milyon manatlıq (15,1%-lik) artım deməkdir. Kapitalın 100,5 milyon manatı səhmdar kapitalının, 25,5 milyon manatı bölüşdürülməmiş mənfəətin, 9,1 milyon manatı ümumi ehtiyatların payına düşüb.








![«Azər-Türk Bank»dan 15 milyon xalis mənfəət – [red]KREDİT PORTFELİNDƏ 160 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/2708887.png)
![«Azər-Türk Bank»dan 15 milyon xalis mənfəət – [red]KREDİT PORTFELİNDƏ 160 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/1306493.jpeg)
![«Azər-Türk Bank»dan 15 milyon xalis mənfəət – [red]KREDİT PORTFELİNDƏ 160 MİLYONLUQ ARTIM - HESABAT[/red] | FED.az](/upload/news/small/383639.jpeg)









