Cari ilin birinci yarısının sonunda Azərbaycanın maliyyə sektorunun aktivləri 64,9 milyard manat olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov 2026-cı ilin birinci yarısının yekunlarına həsr olunmuş "Maliyyə sabitliyi hesabatı"nın təqdimatına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, maliyyə sektorunun aktivlərinin 94%-i bankların, 3,5%-i sığorta şirkətlərinin, 2,4%-i BOKT-ların, 0,2%-i investisiya şirkətlərinin payına düşüb.
"Maliyyə sektorunun aktivləri ilin ilk yarısında 7% və ya 4,3 milyar manat artım nümayiş etdirib. Bu artım banklarda 3,9 milyard manat, BOKT-larda, 0,3 milyard manat, sığorta şirkətlərində 0,1 milyard manat təşkil edib.
Bununla yanaşı, maliyyə sektorunun aktivlərinin ÜDM-ə nisbəti 50% səviyyəsinə çatıb. 2017-ci ildə bu göstərici 42%, 2022-ci ildə 37%, 2025-ci ildə isə 47% olub", - deyə o, əlavə edib.

















