ABB-nin qeyri faiz gəlirləri bu ilin II rübündə 146,5 milyon manata bərabər olub.
FED.az bu barədə bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Gəlirlər 2023-cü ilin II rübü ilə müqayisədə 53,8 milyon manat (58%) çoxdur.
Qeyri-faiz gəlirlərinin 106 milyon manatı haqq və komissiya gəlirlərinin, 25,5 milyon manatı xarici valyutadan gəlirlər, 15,2 milyon manatını digər gəlirlər təşkil edib. İllik müqayisə ilə haqq və komissiya gəlirləri 46 milyon manat (77%), digər gəlirlər 11,7 milyon manat (4,3 dəfə) artıb.