Azərbaycanda “Zolotaya Korona” pul köçürmələrini etmək daha rahat olub. İndi bu servisin müştəriləri Android və iOS əməliyyat sistemli cihazlar üçün nəzərdə tutulmuş mobil tətbiq üzərindən beynəlxalq köçürməni bank kartına mədaxil edə bilər.
Layihə “Expressbank” ASC ilə birgə əməkdaşlıq çərçivəsində “Zolotaya Korona” tərəfindən həyata keçirilib.
Xaricdən Azərbaycana göndərilən pul köçürmələrini Visa və Mastercard beynəlxalq ödəniş sistemlərinin Azərbaycanın istənilən bankı tərəfindən emissiya edilmiş bank kartlarına mədaxil etmək mümkündür. Pul köçürmələrinin valyutası Azərbaycan manatıdır.
"Zolotaya Korona"dan "Pul köçürmələri" mobil tətbiqi (+6) App Store-dan və Google Play-dən pulsuz yüklənir. Tətbiq yükləndikdən və təsdiqləndikdən sonra köçürməni karta tez və rahat bir şəkildə mədaxil etmək olur. Bunun üçün üç sadə addım atılmalı: “Karta mədaxil etmək” opsiyası seçilməli, vəsaiti alanın şəxsiyyət vəsiqəsinin məlumatları daxil edilməli və vəsaiti alanın bank kartının məlumatları yığılmalı. Vəsaitlər qeyd edilmiş karta köçürülür.
"Zolotaya Korona" ödəniş sistemi 2006-cı ildən etibarən Azərbaycanda fəaliyyət göstərir və Respublikanın 22 bankı, eləcə də dövlət müəssisəsi “Azərpoçt” ilə əməkdaşlıq edir. "Zolotaya Korona" beynəlxalq pul köçürmə xidmətləri Azərbaycanın bütün bölgələrində yerləşən 1500-dən artıq xidmət məntəqəsində təmsil olunur.