"Azərbaycan manatının məzənnəsinin sabitliyi üçün bu gün ölkədə bütün makroiqtisadi əsaslar qüvvədədir və narahatlıq üçün amil yoxdur”.
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankı sədrinin I müavini Alim Quliyev deyib.
“Bu gün Azərbaycanın valyuta ehtiyatları və beynəlxalq əmtəə bazarlarındakı vəziyyət imkan verir ki, ölkədə 2017-ci ildən bərqərar olan iqtisadi sabitlik davam etsin. Manatın məzənnəsinin bu ilin sonuna qədər sabitliyinin təmin olunması üçün bütün əsaslar var”, - deyə o, qeyd edib.
                                                    
                                                    
                    Alim Quliyev: “Manatın məzənnəsinin bu ilin sonuna qədər sabit qalması üçün bütün əsaslar var”
 
                            
                            
                        
                            10:02
                            16 May 2019
                        
                        





 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








