Mayın 1-də, saat 10:00-da “AFB Bank” ASC-nin səhmdarların növbədənkənar ümumi yığıncağı keçiriləcək.
Eləcə də bax: “AFB Bank”da yeni - TƏYİNAT
FED.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə "AFB Bank"ın ötən il üzrə auditdən keçmiş maliyyə hesabatlarının təsdiq edilməsi, xalis mənfəətinin bölüşdürülməsi və digər məsələlər daxildir.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,4 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.
SƏHMDARLARIN NƏZƏRİNƏ!
“AFB Bank” ASC-nin Müşahidə Şurası Səhmdarların Ümumi Yığıncağının növbədənkənar iclasını çağırır.
İclas barədə məlumat
İclasın tarixi 01.05.2021-ci il
İclasın vaxtı Saat 10:00
İclasın keçiriləcəyi ünvan Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206
İclasın gündəliyi
“AFB Bank” ASC-nin 31 dekabr 2020-ci il tarixinə bitən maliyyə ili üzrə konsolidasiya əsasında hazırlanmış və kənar auditor tərəfindən təsdiqlənmiş Maliyyə Hesabatının Auditor Rəyi ilə birlikdə təsdiq edilməsi barədə Emitent “AFB Bank” ASC-nin 2020-ci il üzrə İllik İdarəetmə Hesabatının təsdiq edilməsi haqqında
Bankın 2020-ci maliyyə ili üzrə xalis mənfəətinin bölüşdürülməsi barədə
Digər məsələlər
Materiallarla tanış olma qaydası
Gündəlik üzrə materiallarla Bankın baş inzibati binasında (Bakı şəhəri, Yasamal rayonu, 466-cı məhəllə, Nəriman Nərimanov prospekti, 206), iclas tarixinədək iş günləri saat 09:00-dan 18:00-dək tanış ola bilərsiniz.
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən Səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsi ilə həyata keçirir. Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. “AFB Bank” ASC-nin Müşahidə Şurası.