«AFB Bank» müştərilərə təklif etdiyi “Müddətli Əmanət” məhsulu üzrə faiz dərəcələrini dəyişib.
«Access Bank»da əmanət faizləri yüksəldi – RƏQƏMLƏR, MÜQAYİSƏ
FED.az xəbər verir ki, ötən ay ilə müqayisədə xarici valyutada (USD) yerləşdirilən əmanətlərin faizlərində dəyişikliklər qeydə alınıb.
Bankın əvvəlki ayda açıqladığı “Müddətli Əmanət” məhsulunda dollarda faizlər (aylıq ödənildikdə) 1 illik əmanətlər üzrə gəlirlilik dərəcəsi 1,5%, 2 illik əmanətlər üzrə 2% və 3 illik əmanətlər üzrə 2,5% təşkil edirdisə, mayda bu göstəricilər müvafiq olaraq 1 illik əmanətlər üzrə 2%, 2 illik əmanətlər üzrə 2,15% və 3 illik əmanətlər üzrə 2,25% müəyyən olunub.
Faizlərin müddətin sonunda hesablanması varinatında da əmanətlər üzrə gəlirlilik dəyişib belə ki, əvvəlki ayda 1 illik əmanətlər üzrə gəlirlilik dərəcəsi 2%, 2 illik əmanətlər üzrə 2,5% və 3 illik əmanətlər üzrə 3% müəyyən edilmişdi. May ayında göstəricilər 1 illik əmanətlərdə dəyişməz qalsada 2 illik əmanətlər üçün 2,25%, 3 illik əmanətlər üçün isə 2,5% həcmində müəyyən olunub.