“AFB BANK” Açıq Səhmdar Cəmiyyəti tender elan edir
Tenderin adı: Bankomatların monitorinqi üzrə proqram təminatının alınması
Tenderin elan tarixi: 20.11.2023
Tenderin son tarixi : 29.11.2023
Texniki tələblər:
- Onlayn statuslar
- Sayğaclarının statusları
- Hesabatlar
- Bütün modulların statusları
- Ön monitoru görmək imkanı
- Həyacan siqnalını göndərmə və ssenari yaradılması imkanları
- Sms və e-poçt bildirişləri
- Modullarda olan xətaları təmizləmək imkanı
- Uzaqdan yenidən başlatmaq və söndürmək imkanı
- Proqramların uzaqdan yazılması imkanı
- Xidmətlərin yenidən başladılması imkanı
- Reyestrə giriş imkanı
- Fayl ötürülməsi imkanı
- Elektron logların serverdə saxlanılması
- Əməliyyat sisteminin uzaqdan idarə ediməsi (tam idarəetmə)
- Mobil tətbiq və ya VEB xidmətləri
Tenderdə iştirak üçün təqdim ediləcək sənədlər:
- tenderdə iştirak etmək üçün yazılı müraciət (ərizə)
- İştirakçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri;
- İştirakçının Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin olmaması haqqında müvafiq vergi orqanından arayış
- tender təklifi 31.12.2023 tarixinə kimi qüvvədə olmalıdır;
Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
- Optimal qiymət təklifi;
- Texniki göstəricilərə uyğunluq;
- Sənədləşmənin tələb olunan qaydada təşkili;
- Sifarişin vaxtında və düzgün qaydada icrası;
Tenderdə iştirak etmək istəyən şirkətlər qiymət təklifini tələb edilən sənədlər ilə birlikdə 29.11.2023-cü il -tarixinə kimi qapalı zərfdə (mühürlü) poçt vasitəsilə (Bakı şəh.,Yasamal r-nu, N.Nərimanov pr.206/466 ) ünvanına Vüsal Mehdiyev adına göndərməlidir. Yaranacaq suallarla bağlı e-mail vasitəsi ilə ( [email protected] ) müraciət edə və yaxud Vüsal Mehdiyev (050 290 10 66 ) ilə əlaqə saxlaya bilərsiniz.