Azərbaycanda kiçik və orta biznes sahibləri vergi-gömrük sahəsindəki suallarını peşəkarlarla müzakirə etmək və faydalı məsləhətlər almaq imkanı qazanıblar.
FED.az xəbər verir ki, bu, ölkənin aparıcı banklarından olan, son vaxtlar biznes-bank əməkdaşlığı çərçivəsində aktivlik nümayiş etdirən «AccessBank»ın təşkilatçılığı ilə vergi və gömrük məsələlərinə aid biznes forumda baş tutub.
Eləcə də bax: Azərbaycan üçün güzəştli vergi tutulan - ÖLKƏ VƏ ƏRAZİLƏRİN YENİ SİYAHISI
Forumun açılışında çıxış edən AccessBank-ın İdarə Heyətinin sədri Anar Həsənov qeyd edib ki, tədbirə maraq olduqca böyük idi: "Bunun əsas səbəbi burada müzakirə olunacaq mövzulardır. Bildiyimiz kimi, bizim müştərilərimiz və potensial tərəfdaşlarımızın hər biri vergi ödəyiciləridir. Üstəlik, onların böyük bir qismi idxal-ixrac əməliyyatları ilə məşğuldur. Sözsüz ki, onların bu sahələrə aid xeyli sualları var. "Sahibkarın dostu" adını qazanmış bir bank kimi biz qərara gəldik ki, belə bir tədbir keçirək və sahibkarları maraqlandıran sualları cavablandıraq".
Daha sonra sədr təqdimatla çıxış edib. Cənab Həsənov təqdimatında bildrib ki, ölkədə müşahidə olunan makroiqtisadi sabitlik sahibkarlıq subyektlərinin fəaliyyətinə müsbət təsir edən əsas amillərdəndir. Bank rəhbərinin sözlərinə görə, AccessBank öz missiyasına sadiq qalaraq yarandığı gündən etibarən ölkədə sahibkarlığın inkişafına dəstək verir: "Bir qürurverici faktı diqqətinizə çatdırmaq istərdim ki, mikro sahibkarlıq sahəsində verilən kreditlərin 60%-dək AccessBank-ın payına düşür. Biz bundan sonra da geniş filial şəbəkəmiz vasitəsilə müştərilərimizə tamçeşidli xidmətlər təklif etməklə əlçatanlığımızı qorumağı çalışacağıq. Bununla yanaşı, innovativ maliyyə xidmətlərinin tətbiqi bizə bazardakı lider mövqelərimizi saxlamağa imkan verəcək".
Daha sonra forum paralel keçirilən iki panellərlə davam etdirilib. Vergi panelinə qatılanların suallarını iqtisadçı-ekspert Samir Əliyev, AccessBank-ın Biznesə dəstək departamentinin direktoru Rəhman Əliyev, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçisi İlkin Dövlətov, KPMG-nin baş vergi məsləhətçisi Xəlil Əlizadə cavablandırıb. Gömrük panelinə qatılanlar isə suallarını AccessBank-ın Pərakəndə biznes departamentinin meneceri Cəmilə Tağıyeva, Beynəlxalq Təlim və Layihə Mərkəzinin təlimçiləri Fuad Məmmədov və Əliəkbər Heydərov, KPMG-nin hüquq üzrə meneceri Simuzər Feyzullayevaya ünvanlayıblar. Sual-cavab sessiyası olduqca maraqlı diskussiya şəraitində keçib.
AccessBank-ın ilk biznes forumunda - CAVABSIZ SUAL QALMADI
14:34
12 İyun 2019