Nazirlər Kabineti «Fərdi parklanma talonlarının forması, habelə onların verilməsi Qaydası»nı təsdiqləyib.
FED.az xəbər verir ki, sözügedən qərar avtomobil yollarının yaxınlığında yaşayan avtomobil sahiblərinə fərdi talonların verilməsini, eləcə də pulsuz parkinqlərin təşkilini nəzərdə tutur.
Qərara əsasən, fərdi parklanma talonlarının uçotunu Bakı ərazisində Bakı Nəqliyyat Agentliyi, digər rayon və şəhərlərdə isə yerli icra hakimiyyəti orqanları aparır.
Qərara əsasən, təşkil edilmiş parklanma yerindən hər iki istiqamətdə yolun hər iki kənarı boyu 100 metr məsafədə yerləşən ev və ya binalardakı avtomoil sahibləri 3 illik fərdi parklanma talonları alacaq. Bundan başqa, “Yol hərəkəti haqqında” qanuna əsasən, təşkil olunmuş parklanma yerindən rezervasiya edilmədən ödənişsiz istifadə imkanlarının yaradılacaq.
Eləcə də bax: Eldar Əzizov korrupsiya ilə bağlı - XƏBƏRDARLIQ ETDİ
Fərdi parklanma talonlarının verilməsi qaydası
Parklanma yerləri təşkil edildiyi avtomobil yollarının kənarlarında yerləşən evlərdə və ya binalarda yaşayan minik avtomobillərinin istifadəçiləri üçün onların müraciətinə əsasən yerli icra hakimiyyəti orqanları tərəfindən pulsuz parklanma yerləri ayrılır və onlara fərdi parklanma talonu verilir. Bakı şəhərinin inzibati ərazisində isə pulsuz parklanma yerləri Bakı Nəqliyyat Agentliyi tərəfindən ayrılır, amma talonları yenə də yerli icra hakimiyyəti orqanları verir.
Fərdi parklanma talonu almaq üçün müraciəti şəxsən və elektron şəkildə etmək olar. Talon 15 iş günü müddətində verilir.
Parklanma talonunun üzərində Bakı Nəqliyyat Agentliyinin holoqramı olan fərdi parklanma talonu olur, imtina verildikdə isə bunun səbəbləri açıqlanır. Fərdi parklanma talonu pulsuz verilir, itirildikdə və zədələndikdə onun dublikatı da pulsuz alınır. Parklanma talonu 3 il qüvvədə olur, avtomobil və ev satılanda satılanda və talon qüvvəsini itirir. Qərara əsasən, bir şəxs yalnız bir talon ala bilər.
Fərdi parklanma talonuna dair məlumatlar yerli icra hakimiyyəti orqanları, Bakı şəhərinin inzibati ərazisində isə Bakı Nəqliyyat Agentliyi tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə ötürülür. Talonu verilmiş şəxslər avtomobillərini yalnız talonda göstərilən parklanma ərazisində müəyyən olunmuş yerlərdə ödənişsiz əsaslarla saxlayırlar.
Talon verilmiş şəxslərə avtomobillərinin onlar üçün ayrılmış parklanma yerlərində saxlanılmasına görə müddət məhdudiyyəti nəzərdə tutulmur. Talon avtomobilin salonunda, ön şüşənin arxasında aydın görünən və oxunan yerdə qoyulmalıdır.