"Yol hərəkəti haqqında" qanuna son dəyişikliklər mopedlərə deyil, motosikletlərə aiddir.
Azərbaycanda moped idarə etmək üçün sürücülük vəsiqəsi - TƏLƏB OLUNACAQ
FED.az xəbər verir ki, bunu ekspert Ərşad Hüseynov deyib.
Ekspert layihədə motosikletlərə aid meyarlardan birinin dəqiqləşdirildiyini deyib.
Ə.Hüseynov bildirib ki, qanunda edilmiş dəyişikliyin mopedlərə heç bir aidiyyəti yoxdur. Mopedləri yenə də əvvəlki qaydalara uyğun idarə etmək mümkün olacaq.
Ekspert bildirib ki, hazırda təkcə yanacaqla yox, elektirklə işləyən ikitəkərli nəqliyyat vasitələri də var: “Bu nəqliyyat vasitələri ilə bağlı olan mövcud boşluqlar da aradan qaldırılmalıdır”.
Qeyd edək ki, Milli Məclisdə "Yol hərəkəti haqqında" qanuna ediləcək düzəlişlər 1-ci oxunuşda qəbul olunub. (Xezerxeber.az )