2023-cü ilin yanvar-noyabr aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 55,2% artaraq təxminən 238,4 milyon avroya çatıb.
Çexiya ötən il Azərbaycana avtomobillərin ixracını - 54,4% ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) məlumat verir.
Yanvar-noyabr aylarında əsas ixracatçıların üçlüyünə Almaniya (118,4 milyon avro, artım 42,7%), Slovakiya (60,7 milyon avro, artım 83,2%) və İtaliya (23,8 milyon avro, artım 77,2%) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələrindən Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracı 2021-ci illə müqayisədə dəyər ifadəsində 2,6 dəfə artaraq 172,6 milyon avro təşkil edib. (İnterfaks-Azərbaycan)