Çexiya 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycana 10 nəfərdən az adamın daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin ixracını ötən ilin müvafiq dövrü ilə müqayisədə 54,4% - 820 ədədə qədər artırıb.
Texniki baxışla yanaşı sürücülərin utilizasiyaya görə ödəyəcəkləri - RÜSUMLARIN MƏBLƏĞİ
FED.az xəbər verir ki, bu barədə Çexiya Statistika İdarəsi bildirir.
Hesabat dövründə tədarükün dəyəri 61,4% - 16,5 milyon avroya qədər artıb.
Yanvar-noyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1500 kubsantimetrdən 3000 kubsantimetrə qədər olan 530 ədəd benzin mühərrikli yeni nəqliyyat vasitəsi (ildən ilə artım 16%) gətirilib. 11 ay ərzində tədarükün dəyəri 10,1 milyon avro (artım 24,6%) olub.
Çexiyadan Azərbaycana benzin və elektrik mühərrikli yeni hibrid avtomobillərin (qoşula bilən hibrid avtomobillər istisna olmaqla) ixracı 4,1 dəfə - 213 ədədə qədər artıb. Bu nəqliyyat vasitələrinin tədarük dəyəri 4,2 dəfə artaraq 4,7 milyon avro təşkil edib.
Yanvar-noyabr aylarında Çexiyadan Azərbaycana mühərrikinin həcmi 1000 kubsantimetrdən 1500 kubsantimetrə qədər olan benzin mühərrikli yeni nəqliyyat vasitələrinin idxalı 6,1 dəfə - 73 ədədə qədər, tədarükün dəyəri isə 6,5 dəfə - 1,5 milyon avroya qədər artıb. (İnterfaks-Azərbaycan)