“Huawei” ilk avtomobil modelini təqdim edərək, “Lucid” və “Exeed” – “Luxeed” simbiozu kimi səslənən brend adı ilə avtomobil bazarına daxil olur.
Togg 2032-ci ilə qədər 1 milyon avtomobil - İSTEHSAL EDƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “Exeed”in burada olması təsadüfi deyil, çünki “Chery” avtomobillərin yaradılmasında “Huawei”nin əsas tərəfdaşıdır.
Hələki “Luxeed”in yalnız bir rəsmi görüntüsü yayılıb. Avtomobilin hələ adı yoxdur və o, EH3 kod adı altında görünür. Buraxılış zamanı avtomobilin avtopilotu Çinin 45 şəhərində əlçatan olacaq, gələcəkdə, əlbəttə ki, proqram genişləndiriləcək.
“Luxeed EH3” avtomobilinin sentyabrın sonuna qədər debüt edəcəyi gözlənilir. “Huawei” bu premyeranı avqustun 25-də Çendu avtosalonunda keçirə bilər. Yeniliyin gözlənilən qiyməti 200 000 yuan təşkil edir.