Türkiyənin ilk yerli istehsal elektrikli avtomobili TOGG-un sedan modeli 2024-cü ildə təqdim ediləcək.
Togg 2032-ci ilə qədər 1 milyon avtomobil - İSTEHSAL EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır açıqlama verib.
"2023-cü ildə 23 mindən çox TOGG istifadə ediləcək. Enerji doldurma məntəqələri geniş yayılmayana qədər elektriklə işləyən nəqliyyat vasitələrinin artırılması mümkün deyil. Buna görə də 81 vilayətdə enerji doldurma məntəqələri üçün işə başlanılıb",- deyə Türkiyəli nazir əlavə edib.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Avtomobil Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Türkmənistan Respublikasının Prezidenti Serdar Berdiməhəmmədov və Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Salman, Qətər əmiri Əl-Sani və Birləşmiş Ərəb Əmirlikləri prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana təqdim edilib. (Trend)